Dfff

  • 22 нояб. 2010 г.
  • 6065 Слова
Azərbaycan Dövlət Texniki Universiteti
Mühəndis Biznesi və Menecment fakultəsinin
tələbəsi

ƏHMƏDOV EMİN

Marketinqin fəaliyyəti və onun funksiyalararı

«Marketinq» termini ingilis sözü «market»dən yaranmış və hərfi tərcüməsi «bazar», «bazar fəaliyyəti», «satış bazarı sferasında fəaliyyət» mənasını verir.
Müasirklassik iqtisad məktəblərində marketinq anlayışına baxış eyni deyildir. Aşağıda ona verilən təriflərin bəzilərini qeyd edək.
Marketinq:
-iqtisadi və ictimai fəaliyyətin ən zəruri və əsas növlərindən biridir;
-klassik baxımdan, o, ilk növbədə məhsulların istehsalçılardan istehlakçılara çatdırılması ilə bilavasitə bağlı olan sahibkarlıq fəaliyyətidir;
-bazarın tələbatınınöyrənilməsinə və onun aktiv qeydiyyatına (uçotuna) yönəldilmiş müəssisədaxili idarəetmənin alt sistemidir;
-bazar iqtisadi sistemi yolu ilə inkişaf edən ölkələrin müəssisələrində idarəetmə üsulu olmaqla, tələbat amillərinin öyrənilməsi və aktiv qeydiyyatının həyata keçirilməsidir;
-əmtəələrin istehsalçılardan istehlakçılara çatdırılması prosesində yerinə yetirilən müxtəlif fəaliyyətlərin məcmusudur;-ehtiyac və tələbatın tədavül vasitəsilə ödənilməsinə yönələn insan fəaliyyəti növüdür;
-bazarın idarə edilməsi konsepsiyasıdır və s.
Başqa sözlə, marketinq istehsal olunan məhsulun satışı üçün əlverişli zəmin yaratmaq, onun keyfiyyətini, çeşidi və istehsal həcmini bilavasitə istehlakçıların tələbatına uyğunlaşdırmaq məqsədi ilə bazarın kompleks təhlili və proqnozlaşdırılmasıprosesidir.
Marketinq termini ilk dəfə 20-ci əsrin əvvəllərində (1901-ci ildə) ABŞ-da meydana gəlmişdir. O, bazar iqtisadiyyatı şəraitində idarəetmə konsepsiyası haqqında kateqoriyanı ifadə edir. Lakin onun klassik və müasir mənalandırılmasında müəyyən fərqlər vardır. Müasir məna tədricən formalaşmışdır. Əvvələn, o, ilk dəfə meydana gələndə ABŞ-da «Məhsul marketinqi» adı daşıyırdı. İkinci¸ ilkdövrdə o, əmtəələrin və xidmətlərin istifadə olunması qət edilənə qədər idarəetmə ilə məşğul olan sahibkar fəaliyyəti kimi başa düşülürdü.
Müasir mənada marketinq anlayışı geniş əhatəli sosial bir prosesi ifadə edir. O, bir sıra aspektlərə malikdir. Onlar onun məzmununu açıqlayır. Birincisi, o, məhsulların satışını təşkil etmək üçün müəssisələrin müvafiq kompleks funksiyalarını özündəcəmləşdirir. İkincisi, o, bazarda istehlakçıların (alıcıların) istehsalçılarla qarşılıqlı münasibətlərini, müəssisələrin davranışının müəyyən edilməsini, bazara fəal təsir göstərmək üzrə tədbirlər sistemi işləməyi qarşıya qoyur. Üçüncüsü, o, rəqabət mübarizəsini tətbiq edən bir forma kimi çıxış edir. Rəqabətin zəif və ya güclü olmasını aşkar etmək, nəticədə bazarda optimal davranış modeli işləyib hazırlamağaimkan verir. Xarici ədəbiyyatda ona müxtəlif təriflər verilir. Müxtəsər olanı isə budur ki, elə məhsullar, məmulatlar istehsal etməlidir ki, onlar bazarda qeyri-şərtsiz realizə olunsunlar, elə xidmətlərdən yapışmalıdırlar ki, onlara real tələbat olsun.
Sabiq SSRİ-də və digər sosialist ölkələrində marketinq fəaliyyəti mövcud deyildi. Ona yalnız kapitalizmə xas kateqoriya kimi baxılırdı. Birdə ki, inzibati amirlik sistemi şəraitində geniş və mədəni istehlakçı kütlələrinin mənafeləri ikinci planda olduğu üçün, müəssisələrin marketinqə ehtiyyacı yox idi.
Marketinq istehsalı istehlakçıya səmt götürməyi, bunlar arasında normal əlaqənin yaradılmasını və mütərəqqiləşməsini qarşıya mühüm məqsəd kimi qoyur.
Marketinq bir tərəfdən bazar üçün istehlakçıların cins-yaş tərkibinisəhih, hərtərəfli araşdırmaqla insanların tələbini, zövqünü. tələbatını ödəyir, digər tərəfdən o, bununla bazarın inkişafına fəal təsir göstərir, tələbatın formalaşmasına xidmət edir.
Beləliklə, marketinq fəaliyyəti əsasən aşağıdakılara yönəldilir:
1. Bazarın kompleks öyrənilməsinə;
2. Əmtəə çeşidlərinin təsnifatlı olmasına;
3. Mövcud tələbatların tam təmin edilməsi üçün...
tracking img