Su anbarlari

  • 16 марта 2011 г.
  • 505 Слова
Azərbaycanda 140-a qədər su anbarı vardır ki, bunun da 34-ü daha böyük əhəmiyyət kəsb edir. Su anbarları çay dərələrində bənd tikməklə yaradılır. Lakin çay yatağından kənarda tikilən su anbarları damövcuddur ki, onlarda çaylardan başlayan xüsusi kanallar vasitəsi ilə qidalanır. Məsələn: Ceyranbatan. Azərbaycandakı su anbarları altında bərəkətli torpaqlar, Tuğay meşələri qalır.
Sahəsinə görə —Mingəçevir (605 km2), Araz su qovşağı (145 km2), Şəmkir (116 km2), Varvara, Sərsəng.
Mingəçevir Azərbaycanın ən iri su anbarıdır. O, Kür çayının Bozdağı yarıb keçdiyi yerdə — Samux çökəkliyinin su ilədoldurulması nəticəsində yaradılıb. Bura Qanıx, Qabırrı və Kür çayları tökülür. Buradan Yuxarı Şirvan və Yuxarı Qarabağ kanalları öz mənbəyini götürür. Mingəçevirdən başqa Kür üzərində Varvara,Şəmkir və Yenikənd su anbarları da tikilib. Bu su anbarlarından suvarmada və elektrik enerjisinin alınmasında istifadə edilir. Lakin bu su anbarları altında geniş tuğay meşələri qalmış və ətraf ərazilərdəşoranlıqlar yaranmısdır.
Bundan əlavə Naxçıvanda Araz su qovşağı (Azərbaycanın 2-ci böyük su anbarı), Ağsuda Cavanşir, Qazaxda Ağstafa və Coğaz, Qəbələdə Nohurqışlaq, Ismayıllıda Aşıq Bayramlı,Lənkəranda Xanbulan, Tərtər çayı üzərində Sərsəng su anbarları var.
Samur — Abşeron kanalı ilə qidalanan Ceyranbatan su anbarının suyundan Abşeron yarımadasının su təchizatından geniş istifadə olunur.
Sukanallarının ümumi uzunluğu 90000 km olub, 1,3 mln. ha quraq əraziləri suvarılır.
Uzunluğuna görə 1-ci yerdə Samur-Abşeron (Samur çayından Ceyranbatana qədər 182 km), Yuxarı Qarabağ (MingəçevirdənBəhramtəpə su anbarına qədər 172 km), Yuxarı Şirvan, Əzizbəyov, Sabir, Baş Mil, Baş Muğan və s.
Yuxarı Şirvan və Yuxarı Qarabağ kanalları Mingəçevir su anbarından, Baş Muğan və Əzizbəyov kanallarıBəhramtəpə su anbarından Baş Mil su kanalı Araz çayındakı Mil-Muğan su qovşağından başlayır.
Əzizbəyov, Baş Muğan və Sabir kanalları ilə Muğan düzü; Yuxarı Şirvan kanalı ilə Şirvan düzü; Yuxarı...
tracking img